...

AQTA ilə Rosselxoznadzor arasında yeni saziş imzalanacaq

İqtisadiyyat Materials 1 Sentyabr 2021 11:41 (UTC +04:00)
AQTA ilə Rosselxoznadzor arasında yeni saziş imzalanacaq

Bakı. Çingiz Səfərli - Trend:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında “Pestisidlərdən və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” saziş imzalanacaq.

Trend-in məlumatına görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri bildirib ki, saziş bağlandıqdan sonra tərkibində pestisidlərin, nitratların və ağır metalların qalıq miqdarı Rusiyada qüvvədə olan normalara uyğun gəlməyən meyvə və tərəvəzlərin bu ölkəyə ixracı mümkün olmayacaq:

"Rusiyanın “Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında” Federal Qanununa dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, meyvə-tərəvəz istehsalçıları məhsul yetişdirərkən yalnız qeydiyyatda olan və beynəlxalq səviyyədə tanınan tərkibli pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə etməlidirlər".

Q.Təhməzli onu da əlavə edib ki, Rusiya qanunvericiliyinə edilən dəyişikliklə bağlı 157 pomidor, 86 alma və digər bitkiçilik məhsulları istehsalçılarından istifadə etdikləri pestisidlərə dair məlumatlar toplanaraq Rusiya tərəfinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti