...

Kinoteatrlarda biletlərin qiyməti artıb? - AÇIQLAMA

İqtisadiyyat Materials 1 Oktyabr 2021 16:08 (UTC +04:00)
Kinoteatrlarda biletlərin qiyməti artıb? - AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Kinoteatrların bu gündən fəaliyyətini bərpa etməsi bilet qiymətlərini gündəmə gətirib. İl yarım ərzində qapalı qalan kinoteatrlarda qiymət necədir?

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova Trend-ə açıqlamsında bildirib ki, kinoteatrlarda qiymətlər dəyişməyib. Bir müddətdən sonra biletlərin qiymətlərinin qalxıb-qalxmayacağı bilinmir: "Ümumiyyətlə isə kinoteatrlarda Vətən Müharibəsi ilə bağlı vətənpərvərlik mövzusunda filmlərə üstünlük veriləcək".

"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev isə qeyd edib ki, vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağı idi: "Bizim kinoteatrda biletlərin qiyməti artmayıb".

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən - ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti