...

Avropada təbii qaz yenidən bahalaşıb

İqtisadiyyat Materials 1 Noyabr 2021 14:56 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Noyabrın 1-də Avropa birjalarında təbii qaz qiymətləri 11 faizə yaxın artıb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın dekabr fyuçersləri min kubmetr üçün 861 dollaradək bahalaşıb.

Qeyd olunur ki, qiymət artımı oktyabrın 30-da Rusiyadan Yamal-Avropa qaz kəməri ilə Almaniyaya qaz nəqlinin dayandırılması ilə əlaqədar olub.

Xatırladaq ki, Avropada təbii qaz qiymətləri 2021-ci ilin ikinci yarısında 6 dəfədən çox artıb. Oktyabrın əvvəllərində qazın qiyməti tarixi rekordu yeniləmiş, min kubmetr üçün 1 937 dollara çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti