...

Mikayıl Cabbarov və BMT rəsmisi arasında görüş olub

İqtisadiyyat Materials 1 Noyabr 2021 17:44 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Qvi-Yop Son arasında videokonfrans formatında görüş olub.

Trend xəbər verir ki, bu barədə nazir rəsmi "Twitter" səhifəsində paylaşım edib.

"Görüşdə 2021-2025-ci illər üzrə Çərçivə Sənədinin icrası üzrə təşkilatla əməkdaşlığın gücləndirilməsini, postpandemiya dövründə bərpa və dayanıqlı inkişaf istiqamətlərini nəzərdən keçirdik", - deyə nazir yazıb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti