...

Azərbaycanda elektron kommersiyada nağdsız ödənişlərin həcmi 8 dəfə artıb

İqtisadiyyat Materials 2 Noyabr 2021 14:20 (UTC +04:00)
Azərbaycanda elektron kommersiyada nağdsız ödənişlərin həcmi 8 dəfə artıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda bu ilin əvvəlindən elektron kommersiyada nağdsız ödənişlərin həcmi 5,3 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar "Gələcək indidir" adlı onlayn konfrans zamanı deyib.

O bildirib ki, 2017-ci illə müqayisədə bu göstərici təxminən 8 dəfə artıb:

"Azərbaycanda bank kartlarının sayı 10,4 milyonu ötüb. Bu, 2017-ci illə müqayisədə 79 faiz çoxdur. Bundan başqa, POS-terminalların payına ödənişlərin 30 faizi düşür. Azərbaycanda həm də elektron kommersiyanın həcmi 5,3 milyard manatadək artıb. Pul köçürmələri 26 milyon manat təşkil edib ki, bu da 4,2 dəfə artım deməkdir".

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti