Bakı. Trend:
EU4Environment Azərbaycanda sənaye tullantılarının xəritələşdirilməsi (IWM) ilə bağlı maraqlı tərəflərin ilk iclasına başlayır.
Onlayn tədbir 16 noyabr, saat 15:00-17:00 (Bakı vaxtı ilə) baş tutacaq və əsas diqqət:
- Azərbaycanda “EU4Environment” Fəaliyyətinin “Dairəvi İqtisadiyyat və Yeni İnkişaf İmkanları” Komponenti haqqında məlumatlılığın artırılması və onun faydalarının nümayiş etdirilməsi;
- Azərbaycanda Dairəvi İqtisadiyyatla bağlı yeni imkanların müzakirəsi: tullantıların idarə olunmasının təkmilləşdirilməsi vasitəsi kimi sənaye tullantılarının xəritələşdirilməsi;
- Pilot rayon və müəssisələrin seçilməsi ilə bağlı hesabatdan əldə olunan nəticələrin təqdim edilməsi;
- Sənaye tullantılarının xəritələşdirilməsi fəaliyyətləri üçün metodologiya və iş planının təqdim edilməsi.
İştirak etmək üçün burada qeydiyyatdan keçin: https://bit.ly/3BXBjdG
Tədbir Azərbaycan dilində (ingilis dilində sinxron tərcümə ilə) keçiriləcək.