...

DSMF-nin 2022-ci il büdcəsi birinci oxunuşda qəbul edilib

İqtisadiyyat Materials 17 Noyabr 2021 12:41 (UTC +04:00)
DSMF-nin 2022-ci il büdcəsi birinci oxunuşda qəbul edilib

Bakı. Elçin Mehdiyev - Trend:

“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Trend-in məlumatına görə, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 milyard 306 milyon 770 072 manat, xərcləri 5 milyard 306 milyon 770 072 manat məbləğində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti