...

Gəncədə güzəştli mənzillərin satışı başlayır

İqtisadiyyat Materials 23 Noyabr 2021 09:58 (UTC +04:00)
Gəncədə güzəştli mənzillərin satışı başlayır

Bakı. Çingiz Səfərli - Trend:

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verilib.

Trend-in məlumatına görə, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksinin 8 saylı binası üzrə 33, 9 saylı binası üzrə 34, 10 saylı binası üzrə 11, 11 saylı binası üzrə 14, 12 saylı binası üzrə 15, 15 saylı binası üzrə 44 və 18 saylı binası üzrə 37 mənzilin, ümumilikdə 188 mənzilin satışı 23 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

Daha ətraflı bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, indiyə qədər agentlik tərəfindən mənzillərin güzəştlə satışı Bakı (Yasamal və Hövsan yaşayış kompleksləri) və Sumqayıtda həyata keçirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti