...

"ADEX-2022"də iştirak edəcək dövlətlərə dəvət göndərilib

İqtisadiyyat Materials 17 Dekabr 2021 14:44 (UTC +04:00)
"ADEX-2022"də iştirak edəcək dövlətlərə dəvət göndərilib

Bakı. Çingiz Səfərli - Trend:

ADEX-2022 sərgisi sentyabrda keçiriləcək.

Trend xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib.

O bildirib ki, əvvəlki ADEX sərgilərində iştirak edən ölkələr bu tədbirə də dəvət olunub.

"Sərgi 2021-ci ildə keçirilməli idi. Lakin pandemiya ilə əlaqədar təxirə salındı. Sərginin 2022-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulur. Biz də öz məhsullarımızı təqdim etməyə hazırıq" - nazir müavini qeyd edib.

Qeyd edək ki, bu, Bakıda keçiriləcək sayca dördüncü ADEX sərgisi olacaq. Bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi 2014, 2016 və 2018-ci illərdə beynəlxalq müdafiə sərgilərinin təşkilatçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti