...

Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldıldı

İqtisadiyyat Materials 20 Dekabr 2021 15:26 (UTC +04:00)
Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldıldı

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.

Müzakirələrdən sonra qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti