...

ADRA Açıq Hökumət Platformasına üzv qəbul olunub

İqtisadiyyat Materials 24 Dekabr 2021 13:20 (UTC +04:00)
ADRA Açıq Hökumət Platformasına üzv qəbul olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına üzv qəbul edilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Açıq Hökumət Platformasında ADRA-nın Platformaya üzv olması ilə bağlı müraciətinə baxılıb. Onlayn səsvermə nəticəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Platformaya üzv qəbul edilib. Platformanın koordinatoru Əliməmməd Nuriyev bildirib ki, beləliklə Platformaya üzv olan dövlət orqanlarının sayı 11-ə çatıb. Platformada QHT sektorunun müxətlif sahələrində çalışan 42 aparıcı təşkilat birləşib. Ə.Nuriyev qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıqda maraqlıdır, Platforma və onun üzvüləri ilə fəal işləmək niyyətindədir.

Xatırladaq ki, 09 sentaybr 2016-cı il tarixdə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. Platforma ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, Açıq hökumət Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı fəaliyyət planlarının həyata keçirilməsinin monitorinqini aparmaq, Təşəbbüsdə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq, eləcə də elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti