...

Qazaxıstan BTQ üzrə yüklərin göndərilməsinə dair razılaşmalar üzərində işləyir

İqtisadiyyat Materials 8 Mart 2022 10:31 (UTC +04:00)
Qazaxıstan BTQ üzrə yüklərin göndərilməsinə dair razılaşmalar üzərində işləyir

Bakı. Nərgiz Sadıxova - Trend:

Qazaxıstan Aktau/Kurık-Bakı-Tbilisi-Qars marşrutu üzrə yüklərin göndərilməsi üzrə tərəfdaşlarla sazişlər üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın baş naziri Əlixan Smailovun sədrliyi ilə anti-böhran tədbirləri üzrə Operativ Qərargahın iclası zamanı deyilib.

İclasda Qazaxıstan yüklərinin daşınması ilə bağlı logistik məsələlərə baxılıb. O cümlədən, Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayev xarici tərəfdaşlarla aparılan danışıqlar və əldə olunmuş razılaşmalar barədə məlumat verib.

"Tranzit və logistika potensialının inkişafı baxımından hazırda Aktau/Kurık-Bakı-Tbilisi-Qars marşrutu üzrə yükdaşıma istiqamətində tərəfdaşlarla müqavilələr hazırlanır. Tarif məsələləri də öz həllini tapır", - nazir deyib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti