Bakı. Trend:
Ukrayna yaxın aylar üçün əsas ərzaq məhsulları ehtiyatına malikdir.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal videomüraciətində bildirib.
Onun sözlərinə görə, hökumət hərbi vəziyyət dövründə ərzaq təhlükasizliyi üçün kritik malların ixracını ya qadağan edib və ya məhdudlaşdırıb.
Söhbət buğda, qarabaşaq yarması, ət, yumurta, yağ, şəkər və s. ərzaqlardan gedir.
"Hazırki rəqəmlər göstərir ki, Ukrayna yaxın aylar üçün əsas ərzaq məhsulları ilə təmin olunub. Lakin biz gələcək haqqında da düşünməliyik. Ona görə də hökumət buun mümkün olan yerlərdə səpin kampaniyasına dəstək planını həyata keçirir", - baş nazir bildirib.
O, əlavə edib ki, bu gün hökumət kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hər hansı xərcləri ödəmək üçün kreditlər üzrə faizləri dövlətin kompensasiya edəcəyi ilə bağlı qərarı təsdiqləyib.