...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 10 May 2022 10:15 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 111,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,49 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,49 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,49 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 106,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,59 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti