...

Litvanın tanınmış biznes şirkətləri tərəfdaşlıq imkanları üçün Bakı Limanına səfər ediblər (FOTO)

İqtisadiyyat Materials 18 May 2022 16:02 (UTC +04:00)
Litvanın tanınmış biznes şirkətləri tərəfdaşlıq imkanları üçün Bakı Limanına səfər ediblər (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı, qida və yüngül sənaye sahələrində çalışan işgüzar nümayəndə heyəti Limanla mümkün əməkdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib.

Limandan Trend-ə bildirilib ki, qonaqları Bakı Limanın Əsas yük terminalının rəisi Kamran Cəlili qarşılayıb və onlar dəniz və quru nəqliyyat növlərini birləşdirən liman terminallarının təkmilləşdirilmiş mexanizmləri, habelə limanın cari və gələcək yükaşırma imkanları ilə tanış edib.

Nümayəndə heyətinin rəsmisi - Litva Respublikası Prezidentinin müşaviri cənab Vaidas Augustianavicius Bakı Limanının dayanıqlı inkişaf təşəbbüsləri, ətraf mühitin qorunması və regionda dairəvi iqtisadiyyatın yaradılmasına töhfə vermək üzrə məqsədlərinin əhəmiyyətli olduğunu bildirib.

Qeyd edək ki, qonaqların Bakı Limanı ilə tanışlığı Azərbaycan İqtisadiyyat Nazirliyi və AzPromo -nun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan-Litva Biznes Forum çərçivəsində həyata keçirilib, 20-dən çox Litvanın biznes şirkəti qeyd olunan forumda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti