...

Ənənəvi şəhərlərin “ağıllı şəhər"lərə transformasiyası qarşıda duran əsas hədəflərdir - Rəşad Nəbiyev

İqtisadiyyat Materials 26 May 2022 17:08 (UTC +04:00)
Ənənəvi şəhərlərin “ağıllı şəhər"lərə transformasiyası qarşıda duran əsas hədəflərdir - Rəşad Nəbiyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəqəmsal transformasiya hökumətin gündəliyində duran prioritetlərdən biridir. Ölkənin işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər" və "ağıllı kənd"lərin qurulması, eləcə də ənənəvi şəhərlərin “ağıllı şəhər"lərə transformasiyası qarşıda duran əsas hədəflərdir.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatının İnformasiya və Kommunikasiya texnologiyaları üzrə məsul nazirlərinin (ad hoc) iclası zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa, xüsusilə, İKT sahəsində əməkdaşlığa böyük önəm verir.

“Rəqəmsal transformasiyanın genişlənməsi 4-cü sənaye inqilabına keçidlə yanaşı, kibertəhlükələr üçün yeni sahələr və hədəflər yaradır”, - deyə nazir əlavə edib.

Rəşad Nəbiyev, həmçinin kibertəhlükəsizlik sahəsində, eyni zamanda, e-imzaların tanınması ilə bağlı həm çoxtərəfli, həm də ikitərəfli formatda işlərə başlanılması təklifini irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti