...

Türkiyə Gürcüstana sement ixracatını 40 faizdən çox artırıb

İqtisadiyyat Materials 16 İyun 2022 08:13 (UTC +04:00)
Türkiyə Gürcüstana sement ixracatını 40 faizdən çox artırıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Gürcüstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 49,3 faiz artıraraq 24,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Gürcüstana sement ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 73,3 faiz artıraraq 6,1 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artaraq 2,3 milyon dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 446 min 284 dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 16,2 faiz çoxdur”.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 5 milyon 123 min 184 dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti