Bakı. Trend:
Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artırılır.
2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur.
Belə ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 23384,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.