...

Tibb müəssisələrində 500 manatdan artıq olan ödənişlər yalnız nağdsız formada aparılacaq

İqtisadiyyat Materials 30 İyun 2022 16:21 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, “Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək. Bu dəyişiklik özəl tibb müəssisələrinə də aid ediləcək.

Xəbər lenti

Xəbər lenti