Bakı. Trend:
Vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri-neft-qaz sektorunun payına düşür.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında bildirib.
"Bu ilin 6 ayında qeyri-neft-qaz sektorundan vergidaxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 4 mlrd. 398,1 mln. manat olub və proqnoz 128,6% icra edilib", - nazir qeyd edib.
M.Cabbarov əlavə edib ki, Dövlət Vergi Xidməti 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% yerinə yetirib. Dövlət büdcəsinə 6 mlrd. 482 mln. manat köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 2 mlrd. 64,6 mln. manat artıqdır.