...

SOCAR ötən ili mənfəətlə başa vurub (FOTO)

İqtisadiyyat Materials 14 İyul 2022 18:17 (UTC +04:00)

Bakı. Trend:

2021-ci ildə SOCAR gəlir marjasını 10,2%-dən 11,4%-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib və 2021-ci ili 2,12 milyard AZN xalis mənfəətlə başa vurub.

Bu barədə Trend-ə SOCAR-dan bildirilib.

Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.

2021-ci ildə SOCAR-ın ümumi gəlirləri 56,3% artıb. SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti