Bakı. Trend:
Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-dan Trend-ə bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və səfir Rafal Poborski arasında keçirilmiş görüşdə KOB sahəsində əməkdaşlıq imkanları, o cümlədən birgə layihə və təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.