...

Azərbaycanda əhaliyə göstərilən xidmətlərin və satılan malların həcmi açıqlanıb

İqtisadiyyat Materials 30 İyul 2022 17:17 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,4 milyard manat olmaqla 2021-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 26,4 milyard manata bərabər olmuş, onun 46,4 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 453,7 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 66,0 manat çox vəsait xərcləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti