...

Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı artıb

İqtisadiyyat Materials 10 Avqust 2022 10:20 (UTC +04:00)
Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 8,4 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 14,7 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Xəbər lenti

Xəbər lenti