...

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ-nin tranziti ilə bağlı sazişi təsdiqləyib

İqtisadiyyat Materials 19 Avqust 2022 05:22 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan BTQ-nin tranziti ilə bağlı sazişi təsdiqləyib

Bakı. Trend:

Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının sadələşdirilməsi üçün ilkin məlumat mübadiləsi haqqında saziş imzalayıblar.

Trend xəbər verir ki, sənəd Bakıda üç ölkənin hökumətləri arasında Gömrük üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imzalanıb.

Sənəd hər üç dövlətin ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu ilə tranzitlə daşınan mallar üçün gömrük prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti