...

Azərbaycanda qızıl və zinət əşyaları bazarında satışlar 70 faiz azalıb - Assosiasiya

İqtisadiyyat Materials 14 Sentyabr 2022 14:15 (UTC +04:00)
Azərbaycanda qızıl və zinət əşyaları bazarında satışlar 70 faiz azalıb - Assosiasiya
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Məhərrəmlik və səfər aylarında şənlik mərasimlərinin keçirilməməsi Azərbaycanda qızıl və zinət əşyaları bazarına mənfi təsir edib.

Bunu Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda qızıl və zinət əşyaları bazarı şənlik mərasimlərinə bağlıdır.

"Məhərrəmlik və Səfər ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir. Hazırda qızıl və zinət əşyaları bazarında satışlar 70 faiz azalıb. Bu hal hər il təkrarlanır. Sentyabr ayının sonunda Səfər ayı bitir deyə həm istehsalçılar və idxalçılar qızıl və zinət ehtiyatlarını artırırlar. Ehtiyatların artırılmasının əsas səbəblərindən biri də yeni ilin yaxınlaşmasıdır. Novbəti aydan qızıl-zinət bazarında canlanma gözlənilir", - deyə T. Abbasquliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti