...

Energetika naziri Vyanada səudiyyəli həmkarı ilə görüşüb

İqtisadiyyat Materials 5 Oktyabr 2022 21:00 (UTC +04:00)
Energetika naziri Vyanada səudiyyəli həmkarı ilə görüşüb

Bakı. Trend:

Vyanada energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə qlobal neft bazarındakı mövcud vəziyyətə və “OPEC plus” formatında Azərbaycanla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Həmçinin bu ilin yanvar ayında təməli qoyulmuş 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib. “ACWA Power” şirkətinin həyata keçirdiyi bu layihənin Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərinə töhfə verəcəyi qeyd edilib.

Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının qarşılıqlı maraq kəsb edən digər istiqamətləri də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti