...

Bu ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyində 400-dən çox müəllif-hüquq obyekti qeydiyyatdan keçirilib

İqtisadiyyat Materials 31 Oktyabr 2022 16:20 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyində 400-dən çox müəllif-hüquq obyekti qeydiyyatdan keçirilib

Bakı. Trend:

Bu ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyində 400-dən çox müəllif-hüquq obyekti qeydiyyatdan keçirilib

Agentlikdən Trend-ə bildirilib ki, cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 292 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 412 əsəri qeydiyyatdan keçirilib. Onlardan 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilmişdir.

Müəllif hüquqlarının təminatı ilə bağlı məsələlər Agentliyin fəaliyyətində daim diqqət mərkəzindədir. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə nəzarət markalarının tətbiqi müəlliflik hüququnun təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçvəsində xüsusi əhəmiyyət kəsb edir. Qanunvericiliyə uyğun olaraq, ölkəmizdə müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi, o cümlədən Azərbaycan ərazisinə idxal olunan mallara nəzarət markalarının vurulması istiqamətində Agentlik tərəfindən digər dövlət qurumları ilə müvafiq iş aparılır.

2022-ci ilin doqquz ayı ərzində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən istifadəçilərə 100 min ədədə yaxın nəzarət markası verilib. Nəzarət markalarının əldə edilməsi üçün müraciət edən qurumlar arasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Dövlət Statistika Komitəsi, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti