...

Energetika naziri Əlcəzairin “Sonatrach” şirkəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 29 Noyabr 2022 18:10 (UTC +04:00)
Energetika naziri Əlcəzairin “Sonatrach” şirkəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Əlcəzairdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Sonatrach” şirkətinin baş direktoru Taufik Hakkar arasında görüş olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə “Sonatrach” şirkətinin fəaliyyətinə dair geniş məlumat verilib və şirkətin SOCAR ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb. Əlcəzairdə kəşfiyyat, tədqiqat sahələrində mühəndislik xidmətləri, Azərbaycanın təcrübəsindən bəhrələnməklə neftqazçıxarma obyektlərinin tikintisi və yerli istehsalat üzrə “Sonatrach” şirkəti ilə əməkdaşlıq, həmçinin hər iki ölkənin müvafiq şirkətlərinin birgə layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin “SOCAR Trading” və “Sonatrach” arasında enerji məhsulları üzrə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Energetika naziri Pərviz Şahbazov gələcək əməkdaşlığın müəyyənləşdirilən yol xəritəsi üzrə hər iki tərəfin tezliklə fəaliyyətə başlamasının vacibliyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Sonatrach” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi, həmçinin Əlcəzair Neft İnstitutunda olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti