...

Avropada təbii qaz bahalaşmaqda davam edir

İqtisadiyyat Materials 1 Dekabr 2022 10:29 (UTC +04:00)
Avropada təbii qaz bahalaşmaqda davam edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Niderlandın TTF habında dekabr və yanvar tədarükləri üzrə qaz fyuçerslərinin qiyməti 18 faiz artaraq min kubmetrə görə 1558 dollara yüksəlib.

Trend xəbər verir ki, bu barədə “İCE” London Fond Birjasının məlumatında deyilir.

Avropada təbii qazın qiymətinin artımı noyabrın ikinci yarısından başlayıb. Payızın son ayı üçün orta qiymətlər oktyabr ayı ilə müqayisədə aşağı olub – min kubmetrə görə 1379 dollardan 1259 dollaradək ucuzlaşıb. Bu, “Şimal axını” qaz sızması hadisəsindən sonra oktyabrın birinci yarısında yanacağın qiymətinin artması və Avropanın yeraltı anbarlarının daha aktiv şəkildə doldurulması ilə əlaqəli olub.

Eyni zamanda, noyabr ayında qazın qiymətinin artmasının əsas səbəblərindən biri qış istilik mövsümünün başlanması ərəfəsində regionda orta temperaturun aşağı düşməsi olub. Bundan başqa, payızın son ayında regionda küləyin elektrik enerjisi istehsalında xüsusi payı azalıb.

Noyabrın 30-da Avropada təbii qazın birja qiymətləri oktyabrın 13-dən sonra ilk dəfə olaraq artım tempini 9%-ə çatdırıb. Londonun “ICE” ticarət platformasının məlumatına görə, regionda min kubmetr yanacağın qiyməti hazırda 1600 dolları keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti