...

Mərkəzi Bank banklara 61 milyon dollar valyuta satıb

İqtisadiyyat Materials 8 Dekabr 2022 13:01 (UTC +04:00)
Mərkəzi Bank banklara 61 milyon dollar valyuta satıb

Trend-i buradan izləyin

Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 8-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Tənzimləyicinin məlumatına görə, hərracda tələb 61,3 milyon dollar təşkil edib və tam ödənilib.

Hərracın yekunlarına görə orta çəkili məzənnə 1,7 AZN/1 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AMB 2017-ci ilin yanvar ayının ortalarından rəqabətli şəraitdə xarici valyutanın birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti