...

Yeni illə bağlı regionlarda kirayə qiymətləri artıb

İqtisadiyyat Materials 14 Dekabr 2022 17:45 (UTC +04:00)
Yeni illə bağlı regionlarda kirayə qiymətləri artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni il ərəfəsində Bakıdan ölkənin regionlarına axın olur. Quru sərhədləri bağlı olduğu üçün ölkə vətəndaşlarının əksəriyyətinin 2023-cü ili müxtəlif şəhər və rayonlarımızda qarşılamağa üstünlük verəcəyi gözlənilir.

Əmlak makleri Pünhan İsmayılov Trend-ə bildirib ki, bayram günlərində kirayə qiymətləri adi günlərlə müqayisədə təxminən 2 dəfə yüksək olur.

"Belə ki, adi günlərdə İsmayıllıda evlərin birgünlük kirayə qiyməti 50 manat olurdusa, yeni il ərəfəsində bu məbləğ 100-200 manat arasında dəyişir. Çünki evlərə tələb yüksək olur. Təklif etdiyimiz evlərin demək olar ki, hamısını birgünlük və həftəlik kirayəyə verə bilirik", - deyə o bildirib.

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə Trend-ə bildirib ki, bayram günlərində kirayə evlərin qiymətində artım, əsasən, dekabr ayının sonlarına yaxın başlayır: "Yeni İl bayramı ilə əlaqədar qış turizmi üçün əlverişli regionlarda evlərin günlük kirayə haqqının bahalaşması gözlənilir. Qiymət artımı yanvarın ortasına qədər davam edəcək. Bu illərdir davam edən tendensiyadır. Evlərin günlük kirayəyə verilməsi daha çox Qubada, Qusarda, Qəbələdə, İsmayıllıda, Şəkidə, Qaxda müşahidə olunur. Birgünlük kirayə qiymətləri evlərin şəraitindən aslı olaraq dəyişir", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti