...

Azərbaycan BEPS İnklüziv Çərçivəsinə qoşulub

İqtisadiyyat Materials 21 Dekabr 2022 16:46 (UTC +04:00)
Azərbaycan BEPS İnklüziv Çərçivəsinə qoşulub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə” proqramına qoşulub.

Trend çərşənbə günü İƏİT-ə istinadən xəbər verir ki, bu gün proqramda 135-dən çox ölkə və yurisdiksiya iştirak edir.

OECD qeyd edir ki, çərçivə proqramının üzvü kimi Azərbaycan iqtisadiyyatın rəqəmsallaşdırılmasından irəli gələn vergi məsələlərini həll etmək üçün minimum BEPS standartlarını tətbiq etmək öhdəliyinə sadiqdir.

“İnklüziv Çərçivənin bütün digər üzvləri ilə bərabərhüquqlu əməkdaşlıq edərək, Azərbaycan vergidən yayınma ilə mübarizə, beynəlxalq vergi qaydalarının uyğunlaşdırılmasının təkmilləşdirilməsi və daha şəffaf vergi mühitinin təmin edilməsi üçün 15 tədbirdən ibarət BEPS paketinin həyata keçirilməsində iştirak edəcək”, - deyə məlumatda bildirilir.

İƏİT-in məlumatına görə, Azərbaycan, həmçinin, iki istiqamətli plana qoşulmaqla iqtisadiyyatın rəqəmsallaşması və qloballaşmasının yaratdığı vergi problemlərini həll etməyi öhdəsinə götürüb.

İki komponentdən ibarət paketin birinci komponenti ən böyük transmilli müəssisələrə münasibətdə ölkələr arasında mənfəətin və vergi hüququnun daha ədalətli bölüşdürülməsini təmin etmək məqsədi daşıyır. Hər il 125 milyard dollardan çox gəlir vergisi hüququnun bazar yurisdiksiyaları arasında yenidən bölüşdürülməsi gözlənilir. O cümlədən, inkişaf etməkdə olan ölkələrin mövcud gəlirə nisbətdə gəlir artımının iqtisadiyyatı inkişaf etmiş ölkələrdən daha böyük olacağı gözlənilir.

İkinci komponent gəlir vergisi üzrə rəqabəti məhdudlaşdırmaq məqsədi daşıyır. Bunun üçün gəliri 750 milyon avrodan çox olan şirkətlərə 15 faizlik qlobal minimum korporativ vergi dərəcəsi tətbiq ediləcək.

"Ölkələr 2023-cü ilin ortalarına qədər birinci komponentin həyata keçirilməsinə dair çoxtərəfli konvensiya imzalamaq niyyətindədirlər və bu konvensiya 2024-cü ildə qüvvəyə minəcək. İkinci komponentin həyata keçirilməsi ilə bağlı bir sıra ölkələr qlobal minimumun daxili qanunvericiliyə tətbiqi prosesinə başlayıblar və bu, 2023-cü ildə qüvvəyə minəcək”, - deyə məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti