...

BMT Azərbaycanda istehlak qiymətlərində inflyasiyanın ləngiyəcəyini proqnozlaşdırır

İqtisadiyyat Materials 3 Fevral 2023 12:19 (UTC +04:00)
BMT Azərbaycanda istehlak qiymətlərində inflyasiyanın ləngiyəcəyini proqnozlaşdırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda istehlak qiymətlərində inflyasiyanın 2023-cü ildə 2022-ci ildəki 12,7 faizlə müqayisədə 8,1 faiz olacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə BMT-nin hesabatında deyilir.

2024-cü ildə bu göstəricinin 5,3 faizə düşəcəyi gözlənilir, hesabatda deyilir.

Bundan başqa, BMT ölkədə real ÜDM-in 2023 və 2024-cü illərdə müvafiq olaraq 3 faiz artacağını proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2022-ci ilin yanvar-dekabr ayları ərzində ölkədə istehlak qiymətləri indeksi (İQİ) 2021-ci ilin analoji dövrü ilə müqayisədə 13,9 faiz artıb.

Qida məhsulları, içkilər və tütün məhsulları 19,5 faiz, qeyri-ərzaq məhsulları isə 8,6 faiz bahalaşıb. Əhaliyə göstərilən ödənişli xidmətlər isə 10,4 faiz bahalaşıb.

2022-ci ilin dekabrında ölkədə İQİ 2022-ci ilin noyabr ayı ilə müqayisədə 1 faiz, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə 14,4 faiz artıb.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti