...

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində büdcəyə daxil olan vəsait artıb

İqtisadiyyat Materials 9 Fevral 2023 12:57 (UTC +04:00)
Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində büdcəyə daxil olan vəsait artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə 115,4 milyon manatdan çox vəsait daxil olub.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev deyib.

Onun sözlərinə görə, bu göstərici 2021-ci illə müqayisədə 1,2 faiz artıb.

"Bundan başqa, 304 xırda obyekt, 513 nəqliyyat vasitəsi, 262 hektar torpaq özəlləşdirilib. Ötən il torpaq icarəsi ilə bağlı mindən artıq yeni müqavilə, qeyri-yaşayış binalarının icarəsi üzrə isə 858 müqavilə bağlanıb. Dövlətin qeyri-yaşayış binalarının icarəsindən gəliri 3756 milyon manat, torpaq sahələrinin icarəsindən gəliri isə 21,1 milyon manat təşkil edib", - o deyib.

Həmçinin, ötən il Dövlət Xidmətinə kənd təsərrüfatı fəaliyyəti üçün yararlı torpaqların icarəsi ilə bağlı 840-dan çox müraciət daxil olub.

"480 müraciət üzrə razılaşma əldə olunub və 36,2 min hektardan yuxarı torpaq icarəyə verilib, 394 müraciət üzrə isə danışıqlar aparılır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti