...

Büdcəyə vergi daxilolmaları 80 faizdən çox artıb

İqtisadiyyat Materials 10 Fevral 2023 12:31 (UTC +04:00)
Büdcəyə vergi daxilolmaları 80 faizdən çox artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 15,5 milyard manatdan artıq vəsait daxil olub.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib.

Onun sözlərinə görə, fiskal daxilolmalar 21,1 milyard manat təşkil edib.

"Ötən il biz dövlət büdcəsinə 15,5 milyard manat köçürdük və bu göstərici 2021-ci ildəki köçürmədən 82,2 faiz yüksək idi. DVX xətti ilə neft sektorundan daxilolmalar 8,135 milyard manat olub ki, bu da illik hesablamada 27,9 faiz artımdan xəbər verir", - o deyib.

DVX-də neft sektorunun payı 2022-ci ildə 21,6 faiz artıb.

"Neft sektorunda dövriyyə 22,6 faiz, ƏDV isə 21,7 faiz artıb. İqtisadi fəallıq yeddi faiz, aktiv ƏDV ödəyiciləri 15,1 faiz, aktiv obyektlər isə 3,1 faiz artıb. Bu gün aktiv vergi ödəyicilərinin sayı 712 min sahibkar təşkil edir", - o qeyd edib.

Qeyri-neft sektorunda 291435 sahibkar fəaliyyət göstərir.

"Bugünədək ölkədə 83216 yeni kassa aparatı qeydə alınıb (27 faiz artım) ki, 2022-ci ildə onlarla dövriyyə 19,5 milyard manat təşkil edib. Ticarət sektorunda vergilər 54 faiz artıb", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti