...

Gömrük dəyəri ilə bağlı islahatlar sahibkarları əlavə xərclərdən azad edəcək

İqtisadiyyat Materials 24 Fevral 2023 12:48 (UTC +04:00)
Gömrük dəyəri ilə bağlı islahatlar sahibkarları əlavə xərclərdən azad edəcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük dəyərinin müəyyən edilməsi sahəsində islahatlar sahibkarların əlavə maliyyə xərclərinin və vaxt itkisinin qarşısını alacaq.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.

"İslahatlar prosesi davam edir, gömrük dəyərinin müəyyən edilməsi metodlarının tətbiq qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Hazırda beynəlxalq ticarət üzrə işçi qrupu çərçivəsində bu istiqamətdə işlər aparılır. İslahatlardan əsas gözləntimiz bir tərəfdən gömrük dəyərinin düzgünlüyünün təmin edilməsi, digər tərəfdən isə dəyərin vaxtında və qısa müddətdə müəyyən edilməsindən ibarətdir", - o deyib.

Xəbər lenti

Xəbər lenti