...

Davamlı maliyyə kapitalı olan şirkətlərin beynəlxalq yükdaşıma fəaliyyətinə icazə veriləcək - Anar Rzayev

İqtisadiyyat Materials 24 Fevral 2023 16:02 (UTC +04:00)
Davamlı maliyyə kapitalı olan şirkətlərin beynəlxalq yükdaşıma fəaliyyətinə icazə veriləcək - Anar Rzayev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Davamlı maliyyə kapitalı olan şirkətlərin beynəlxalq yükdaşıma fəaliyyətinə icazə veriləcək.

Bu barədə Trend-in sualını cavablandıran Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin idarəetmə heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, bu, ona görədir ki, yükgöndərən yükdaşıma şirkətinin daşınma zamanı dəyə biləcək zərəri ödəmək iqtidarında olduğundan əmin olsun.

"Beynəlxalq yükdaşımalara müvafiq kurslar keçmiş peşəkar sürücüləri olan şirkətlər buraxılacaq. Qeyd edim ki, son il ərzində bu cür sürücülərin sayı dörd min nəfərədək artıb. Növbəti mərhələdə daha bu qədər sürücü kurs keçəcək. Şirkətlərin cavab verməli olduğu digər bir tələb onların reytinqidir", - Rzayev deyib.

O qeyd edib ki, beynəxalq yükdaşımalarla məşğul olmaq istəyən şirkətlərin avtomobilləri tələblərə cavab verməlidir.

"Həmçinin, şirkətin vergi ödəyicisi olması və əmək münasibətlərinin bütün tələblərinə cavab verməsi vacibdir", - Rzayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti