...

Fevralda Türkiyədən mənzil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

İqtisadiyyat Materials 17 Mart 2023 10:13 (UTC +04:00)
Fevralda Türkiyədən mənzil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Türkiyədə Azərbaycan vətəndaşları tərəfindən 138 mənzil satın alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 mənzil azdır.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

"Fevral ayında Türkiyədə Azərbaycan vətəndaşları tərəfindən 73 mənzil satın alınıb ki, buda 2022-ci ilin eyni ayı ilə müqayisədə 20 mənzil azdır" - deyə qurum tərəfindən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyədə 80 min 31 mənzil satın alınıb ki, bu da 2022-ci ilin fevral ayı ilə müqayisədə 18 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyədə 179 min 739 mənzil satın alınıb.

Bildirilib ki, bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azdır.

2023-cü ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara 3 min 350 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz azdır.

Hesabat dövründə əcnəbilər ən çox mənzili Antalya şəhərində alıblar.

Belə ki, Antalyada əcnəbilərə satılan mənzillərin sayı 1 261 olub ki, onu 1 133 mənzillə İstanbul, 225 mənzillə Mersin izləyib.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşlar 1183 nəfər ilə Rusiyadan olub. Daha sonra Türkiyədə mənzil alanlar sırasında İran (446), İraq (173) və Ukrayna (142) vətəndaşları gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti