...

Ötən il Azərbaycanda MKOS kredit portfeli təqribən 1/3 qədər artıb

İqtisadiyyat Materials 20 Mart 2023 14:50 (UTC +04:00)
Ötən il Azərbaycanda MKOS kredit portfeli təqribən 1/3 qədər artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan bankları mikro, kiçik və orta sahibkarlığın (MKOS) istehlak kreditləşdirilməsi üzrə portfeli 27,3 faiz artıraraq 5,754 milyard manata çatdırıblar.

Trend bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci il üzrə maliyyə sabitliyi hesabatına istinadən xəbər verir ki, hesabat dövründə istehlak kreditləşdirməsi daha yüksək sürətlə artıb.

2022-ci ildə xüsusən biznes kreditlər 11,4 faiz artaraq 10,855 milyard manata, ipoteka kreditləri isə 24,3 faiz artaraq 2,985 milyard manata çatıb.

Hesabatda son il ərzində kreditləşdirmə sürətinin pandemiyadan sonra pik həddə çatdığı və stabilləşməyə başladığı qeyd olunur.

"Ötən ilin iyul ayında istehlakçı kreditlərinə dair tələblərin sərtləşdirilməsi və ipoteka kreditlərinin yüngülləşdirilməsi üzrə normativ hüquqi baza istehklakçı kreditlərinin artım dinamikasının ləngiməsinə və ipoteka kreditləşdirməsinin daha yüksək sürətlə artmasına gətirib çıxarıb. Bundan başqa, ilin sonunda iqtisadi artımın sürətinin ləngiməsi fonunda biznes kreditlərib artım sürəti həmçinin ləngimə tendensiyası nümayiş etdirir. 2022-ci ildə mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə portfel 28 faiz artaraq 5,7 milyard manata çatıb, bu seqmentin kredit payı isə 50 faizi ötüb. Müsbət inkişaf sürətinə səbəb olan faktorlardan biri də MKOS subyektləri üçün tələblərin yumşaldılmasından ibarətdir" , - hesabatda deyilir.

Qeyd edək ki, bütünlükdə 2022-ci ilin sonunda bankların kredit portfeli strukturunda 55,4 faiz biznes kreditlərin, 29,4 faizi istehlak kreditlərinin, 15,2 faizi isə ipoteka kreditlərinin payına düşür. Xüsusən biznes kreditlər portfelində ticarət və xidmətlər sferasında verilən kreditlər daha yüksək paya (48%) malikdir.

Xatırladaq ki, AMB-nin məlumatlarına əsasən, 2022-ci ildə bankların kredit portfeli 17,6 faiz və ya 2,9 milyard manat artaraq 19,594 milyard manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti