...

Azərbaycanla Tacikistan arasında əmtəə dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 20 Mart 2023 17:40 (UTC +04:00)
Azərbaycanla Tacikistan arasında əmtəə dövriyyəsinin həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla Tacikistan arasında əmtəə dövriyyəsi 824,59 min dollar və ya Azərbaycanın MDB ölkələri ilə ümumi xarici ticarət dövriyyəsinin 0,01 faizini təşkil edib.

Trend bu barədə bu gün Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadən xəbər verir.

Komitənin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla Tacikistan arasında əmtəə dövriyyəsi 2022-ci ilin analoji dövrü ilə müqayisədə (1,156 milyon dollar) 28,73 faiz azalıb.

2023-cü ilin yanvar-fevral aylarında Tacikistana Azərbaycandan idxal 821,3 min dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən (1,155 milyon dollar) 28,94 faiz azdır.

2023-cü ilin yanvar-fevral aylarında Tacikistandan Azərbaycana ixrac 3,27 min dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən (1,07 min dollar) 3,05 dəfə çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.

Xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına cəmi 4,52 milyard dollar düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,447 milyard dollar və ya 24,25 faiz azadır. Xarici ticarət dövriyyəsində ixracın payına ötən ilki 75,16 faizlə müqayisədə 63,03 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 678,5 milyon dollar və ya 34,4 faiz artaraq 1,972 milyard dollardan 2,651 milyard dollara qalxıb. Xarici ticarət dövriyyəsində idxalın payı ötən ilki 24,84 faizlə müqayisədə 36,97 faiz təşkil edib.

Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalmaqla illik hesablamada 2,126 milyard dollardan çox və ya 2,1 dəfə azalaraq 1,869 milyard dollara düşüb, belə ki, 2022-ci ilin yanvar-fevral aylarında saldo 3,995 milyard dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti