...

Keçən il Türkiyədə qeydə alınan Rusiya şirkətlərinin sayı artıb

İqtisadiyyat Materials 28 Mart 2023 11:30 (UTC +04:00)
Keçən il Türkiyədə qeydə alınan Rusiya şirkətlərinin sayı artıb

Bakı. Trend:

2023-ci ilin fevral ayında Türkiyədə Rusiya kapitalı ilə 215 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 184 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 390,3 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 75,1 min türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (114) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 148,8 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Rusiya kapitalı ilə 117 topdan və pərakəndə ticarət, 16 istehsal şirkəti qeydiyyata alınıb.

Türkiyədə qeydiyyata alınan Rusiyanın topdan və pərakəndə ticarət şirkətlərinin məcmu kapitalı 23,6 milyon türk lirəsi təşkil edib.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti