...

SOCAR-STP stasionar dəniz platforma kranının istehsalına başlayıb (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2023 11:55 (UTC +04:00)
SOCAR-STP stasionar dəniz platforma kranının istehsalına başlayıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlayıb.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə MMC-nin direktoru Fərid Ağayev Sumqayıt Texnologiya Parkının yeni məhsulunun təqdimatında deyib.

""80-30 (35Т)" stasionar platforma qaldırıcı kranı SOCAR "Azneft" İB-nin sifarişi əsasında hazırlanıb və birləşdirici platformalarda istifadə olunacaq", - o deyib.

Qeyd edək ki, kranın maksimal yükqaldırma qabiliyyəti 35 metrdə 3 ton, 30 metrdə 8 ton və 5 metrdə 35 tondur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti