Bakı. Trend:
Bu ilin mart ayında Ankaradan Azərbaycan bazarlarına 17,9 milyon dollarlıq mal ixrac edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 49,9 faiz çoxdur.
Trend-in məlumatına görə, bu haqda TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2023-cü ilin yanvar-mart aylarında Ankaradan Azərbaycan bazarlarına 76,6 milyon dollarlıq mal ixrac edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 50,9 faiz çoxdur.
“Bu ilin mart ayında İstanbuldan Azərbaycana ixracat 112,89 milyon dollar təşkil edib ki , bu da keçən ilin analoji ayı ilə müqayisədə 7,3 faiz çoxdur”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2023-cü ilin yanvar-mart aylarında İstanbuldan Azərbaycana ixracat 2022-ci ilin analoji dövrü ilə müqayisədə 18,4 faiz artaraq 306,1 milyon dollar təşkil edib.