...

Hesablama Palatası 5,5 milyard manatlıq yoxlama keçirib

İqtisadiyyat Materials 25 Aprel 2023 12:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasının hesabatının Milli Məclisin plenar iclasında müzakirəsinə başlanılıb.

Trend-in məlumatına görə, hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edir.

Hesablama Palatası tərəfindən aparılan audit fəaliyyəti "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə tənzimlənir.

Hesablama Palatası tərəfindən 2022-ci ilin İş Planına uyğun olaraq 9 maliyyə auditi keçirilib. 2022-ci ilin nəticələrinə əsasən, maliyyə auditlərinin sayı əvvəlki illə müqayisədə azalsa da, əhatə olunan məbləğdə artım qeydə alınıb. Auditlərin əhatə məbləği 5573,3 mln. manat təşkil edib.

2022-ci ilin nəticələrinə əsasən, maliyyə auditlərinin sayı əvvəlki illə müqayisədə azalsa da, əhatə olunan məbləğdə artım qeydə alınıb. Auditlərin əhatə məbləği 5573,3 mln. manat təşkil edib.

Hesabat ilində keçirilmiş maliyyə auditlərində auditorların əsas məqsədi maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olub-olmaması barədə ağlabatan əminlik əldə etmək və maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müvafiq qaydada tərtib edilibedilməməsi barədə rəy bildirməkdən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti