...

"Tesla" bir milyondan çox avtomobili geri çağırır

İqtisadiyyat Materials 15 May 2023 12:50 (UTC +04:00)
"Tesla" bir milyondan çox avtomobili geri çağırır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın avtomobil şirkəti "Tesla" Çindən bir milyondan çox avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, onun Çindəki demək olar ki, bütün modellərini geri çağırmasına Çin Dövlət Bazarı Tənzimləmə Administrasiyasının şikayəti səbəb olub.

Administrasiyaya görə, 2019-cu ilin yanvarından 2023-cü ilin aprelinə qədər ölkədə satılan təxminən 1,1 milyon elektrik avtomobilinin əyləc sistemində problem var.

Rəhbərlik bildirib ki, istifadəçilər ayaqlarını pedaldan götürdükdən sonra mövcud əyləc sistemi düzgün işləmir, avtomobil isə qəfil sürət zamanı istifadəçilərə xəbərdarlıq etmir.

"Tesla" baş verənlərdən sonra geri çağırdığı 1,1 milyon avtomobilə yeni proqram təminatı quraşdırmaq qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti