...

Ötən il dövlət büdcəsinin kəsiri proqnozlaşdırılandan 55,4 faiz az olub

İqtisadiyyat Materials 24 May 2023 11:12 (UTC +04:00)
Ötən il dövlət büdcəsinin kəsiri proqnozlaşdırılandan 55,4 faiz az olub

Bakı. Trend:

2022-ci il dövlət büdcəsinin kəsiri (defisit) açıqlanıb.

Trend xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Qeyd edilib ki, 2022-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3106,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1385,0 milyon manat təşkil edib (proqnoza nisbətən 1721,0 milyon manat və ya 55,4 faiz az). Dövlət büdcəsinin kəsiri 2022-ci ilin faktiki ÜDM-in 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 2,8 faiz-bənd azdır.

Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirilməsindən (115,4 milyon manat) daxil olan vəsait və vahid xəzinə hesabının qalığı (33,6 milyon manat) hesabına həyata keçirilib.

Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdən xeyli artıq vergi və gömrük daxilolmaları və dövlət büdcəsinin xərclərinin qənaətlə icra edilməsi hesabına olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti