...

Azərbaycan öz nəqliyyat potensialını daha intensiv şəkildə işə salmağa hazırdır - Əli Əsədov

İqtisadiyyat Materials 8 İyun 2023 16:30 (UTC +04:00)
Azərbaycan öz nəqliyyat potensialını daha intensiv şəkildə işə salmağa hazırdır - Əli Əsədov

Bakı. Trend:

Regionda əsas nəqliyyat qovşağı olan Azərbaycan MDB-dən olan tərəfdaşlarının ehtiyacları üçün öz nəqliyyat potensialını daha intensiv şəkildə işə salmağa hazırdır.

Trend xəbər verir ki, bunu cümə axşamı Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Rusiyanın Soçi şəhərində keçirilən iclasında deyib.

O, ölkənin davamlı olaraq özünün nəqliyyat-logistika infrastrukturunu təkmilləşdirməkdə olduğunu vurğulayıb.

Ə.Əsədov qeyd edib ki, hazırki qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sferasında əməkdaşlığın aktuallığı artmaqdadır. O, həmçinin Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycanın MDB ölkələri ilə ticarət əlaqələrindən danışan Baş nazir dinamikanın müsbət olduğunu qeyd edib.

"2022-ci ilin yekunlarına görə, Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb. Müsbət dinamika bu il də müşahidə olunur, dörd ay ərzində ilk dəfə qarşılıqlı ticarəti 22 faiz artırmağa nail olmuşuq", - o deyib.

Xəbər lenti

Xəbər lenti