...

Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1 milyonu ötüb

İqtisadiyyat Materials 19 İyun 2023 17:28 (UTC +04:00)
Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1 milyonu ötüb

Bakı. Trend:

2023-cü ilin may ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 3 faiz artaraq, 1 milyon 12 min 426 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi dəyişməyərək 924 min 491 nəfər, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq 87 min 935 nəfər təşkil edib.

Bu ilin may ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 8 min 495 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 6 min 869 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 38 faiz artaraq, 1 min 626 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 8 min 364 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 8 faiz artaraq 7 min 119, beynəlxalq reyslər üzrə isə 31 faiz artaraq 1 min 245 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 73 milyon 375 min 694 nəfər, yük dövriyyəsi isə 1 milyon 462 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti