...

EKVİTA və Azərişıq arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb

İqtisadiyyat Materials 20 İyun 2023 15:13 (UTC +04:00)
EKVİTA və Azərişıq arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. Trend:

“Azərişıq” ASC və EKVİTA konsaltinq şirkəti uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Müqaviləyə əsasən EKVİTA şirkəti “Azərişıq” ASC üçün elektrik təchizatı şəbəkəsinin xidmətlərinə kommersiya məqsədi ilə qoşulmalar üzrə tələb olunan prosedurların araşdırılmasına başlamışdır. Layihə çərçivəsində EKVİTA test qoşulmaların aparılması, qoşulma prosesində ortaya çıxan problemlərin protokollaşdırılması, sorğunun tərtib olunması və 500-ə yaxın respondentin arasında aparılmasını həyata keçirmişdir.

Əlavə olaraq, uzunmüddətli əməkdaşlıq çərçivəsində EKVİTA konsaltinq şirkəti Azərişıq ASC-də Layihə Ofisinin Yaradılması və Baş Nazirin birinci müavini tərəfindən təsdiq edilmiş Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulan bir sıra tədbirlərin səmərəli və vaxtı vaxtında icrasına dəstək göstərir və layihə əlaqələndirmə fəaliyyətinin aparılmasını həyata keçirir.

Əlavə edək ki, EKVİTA ölkə xaricində layihələr qazanan ilk Azərbaycan konsaltinq şirkətidir. Şirkət özünün böyük və peşəkar komandası ilə hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Şirkətin aktiv müştəriləri arasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”-də yer alan şirkətləri qeyd edə bilərik. Dövlət layihələri ilə yanaşı, EKVİTA həmçinin, Avropa Birliyi , Ümumdünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti